150 +994505000150

“Kəndimi tanı” virtual layihəsi həyata keçirilir

15 sentyabr 2020
Paylaş
“Kəndimi tanı” virtual layihəsi həyata keçirilir

“Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin təqdimatında “Kəndimi tanı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hazırlanan videoçarxlar vasitəsilə könüllülər yaşadıqları kəndin tarixini, təbiət və məişətini, adət-ənənələrini, tarixi şəxsiyyətlərini izləyicilərə tanıdırlar.

Layihənin məqsədi gəncləri yaşadıqları ərazi barədə daha çox məlumat toplamağa təşviq etmək, eləcə də ölkəmizin qədim yaşayış məskənləri barədə gənclərin məlumatlılığını artırmaqdır.

Artıq Daşkəsən rayonunun Quşçu, Astara rayonunun Ərçivan və Quba rayonunun Xınalıq kəndindən hazırlanan videoçarxlar izləyicilərin böyük marağına səbəb olub.  

Könüllülərin iştirakı ilə layihənin ölkə üzrə davam etdirilməsi nəzərdə tutulur.