“Kitab estafeti” layihəsinə start verilib
“Regional İnkişaf” İctimai Birliyi Bakı Kitab Mərkəzi ilə birlikdə “Kitab estafeti” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müasir Azərbaycan ədəbiyyatının nümayəndələrindən olan, “Qızıl Qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlının əsərləri müxtəlif şəhər və rayonlardan layihəyə qoşulan gənclərə təqdim ediləcək.
Layihənin məqsədi gənclərin bədii qiraətə, eyni
zamanda müasir Azərbaycan ədəbiyyatına olan marağını artırmaq, onların fərdi
inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.
Gənclər kitabları oxuduqdan sonra qeydiyyat blankına
müvafiq məlumatları əlavə edərək, poçt vasitəsilə digər şəhər və rayonlarda
yaşayan oxuculara göndərəcəklər.
Layihədə iştirak etmək istəyənlər RİİB
könüllülərinin @riibvolunteers “Instagram” səhifəsi vasitəsilə müraciət edə bilərlər.
3 ay davam edəcək layihənin yekununda iştirakçıların
yazıçı ilə görüşü təşkil olunacaq.