150 +994505000150

İnklüziv təhsillə bağlı tələbələr üçün esse müsabiqəsi keçirilir

23 sentyabr 2020
Paylaş
İnklüziv təhsillə bağlı tələbələr üçün esse müsabiqəsi keçirilir

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində tələbələr arasında “İnklüziv məktəb konsepsiyasının məktəblərdə tətbiqi və müəllimlərin bu prosesə töhfəsi” mövzusunda esse müsabiqəsi elan edilib.

Müsabiqəyə esselər info@inkluzivtehsil.az elektron poçt ünvanı vasitəsi ilə cari ilin 25 oktyabr tarixinədək qəbul ediləcək.

Esseler 300 sözdən çox olmamamaq şərti ilə, müəllifin adı, soyadı, ata adı, təhsil aldığı müəssisənin adı və əlaqə məlumatları əlavə edilməklə təqdim olunmalıdır.

Esselərin yazılmasında inklüziv təhsilin mahiyyətini əks etdirən aşağıdakı aspektlər nəzərə alınmalıdır:

 - sağlamlıq, sosial vəziyyət və s. amillərdən asılı olmayaraq hər kəsin birgə təhsil almaq hüququnun olması;

 - məktəb infrastrukturunun və təlim mühitinin bütün şagirdlərin ehtiyaclarına uyğun qurulması; 

 - müəllimlərin bu prosesdə rolu və vəzifələri.

Münsiflər heyəti tərəfindən seçilən 3 ən yaxşı essenin müəllifi diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqə inklüziv təhsil sahəsində aparılan ictimai maarifləndirmə tədbirlərinə dəstək məqsədi ilə keçirilir.