150 +994505000150

“Regional İnkişaf” İctimai Birliyi və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə sosial aksiya keçirilib

2 avqust 2020
Paylaş
“Regional İnkişaf” İctimai Birliyi və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə sosial aksiya keçirilib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə müqəddəs Qurban bayramı münasibəti ilə sosial aksiya keçirilib. Aksiya çərçivəsində RİİB könüllülərinin iştirakı ilə hazırlanan bayram sovqatları Bakı, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşən sosial xidmət müəssisələri və uşaq evlərinin sakinlərinə çatdırılıb.

Sovqatların hazırlanması və paylanması ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla həyata keçirilib.

Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) karantin dovründə “Rahat” supermarketlər şəbəkəsi ilə birgə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə dəstək məqsədilə bir sıra sosial aksiyalar keçirib.