150 +994505000150

“Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik - tar çalğı aləti” mövzusunda təlim keçirilib

20 dekabr 2016
Paylaş
“Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik - tar çalğı aləti” mövzusunda təlim keçirilib

Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində milli musiqi alətlərinin tarixinin öyrənilməsi, o cümlədən gənclərin bilik və bacarıqlarının artırılması, istedadlı gənclərə dəstək göstərilməsi məqsədi ilə növbəti təlim keçirilib.

Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik – tar çalğı aləti” mövzusunda olub.

 

Tanınmış tarzən, Xalq artisti Zamiq Əliyev tar alətinin  tarixi inkişaf yolu, bu alətin növləri, muğam ifaçıları üçlüyündə  və orkestrdəki rolundan danışıb.

 

Bildirilib ki,  tar Azərbaycan simli musiqi alətləri sırasında texniki və dinamik imkanlarına görə ən mükəmməl və təkmil çalğı alətlərindən biri hesab olunur. Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi isə tarın texniki və bədii imkanlarını daha da artırmışdır. 

 

Təlim çərçivəsində Xalq artisti  Zamiq Əliyevin tələbələri  Vasif Adıgözəlov, Səid Rüstəmov, Arif Məlikov, Cahangir Cahangirov, Hacı Xanməmmədov kimi Azərbaycan bəstəkarların, həmçinin Avropa bəstəkarlarının klassik əsərlərini ifa ediblər.

 

Həmçinin regionun musiqi məktəblərinin şagirdləri tar musiqi alətində ifalarını nümayış etdirərək müvafiq praktik tövsiyələr alıblar.

 

Masallıda fəaliyyət göstərən Heydər Əliyev İncəsənət Məktəbində RİİB və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə mütəmadi olaraq region gəncləri üçün müxtəlif mövzularda təlim və məşgələlər təşkil olunur. Bu günədək  teatr, rəngkarlıq, milli  misiqi alətləri,  fotoqrafiya mövzularında təlim və praktik məşğələlər keçirilib.