150 +994505000150

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Ağcabədi rayonunda ərzaq sovqatları paylanılıb

25 aprel 2020
Paylaş
“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Ağcabədi rayonunda ərzaq sovqatları paylanılıb

Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) xüsusi karantin rejimi dövründə həyata keçirdiyi “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində RİİB könüllüləri tərəfindən “bizbirlikdegucluyuk.az” portalına və 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında Ağcabədi rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları çatdırılıb.