150 +994505000150

RİİB tərəfindən başlanan sosial aksiyaya “Kontakt Home” mağazalar şəbəkəsi də qoşulub

16 aprel 2020
Paylaş
RİİB tərəfindən başlanan sosial aksiyaya “Kontakt Home” mağazalar şəbəkəsi də qoşulub

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və digər həssas kateqoriyadan olan insanlara dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən sosial aksiyaya “Kontakt Home” mağazalar şəbəkəsi də qoşulub.

Aksiya çərçivəsində RİİB könüllüləri və “Kontakt Home” mağazalar şəbəkəsinin əməkdaşları tərəfindən ailələrə ərzaq məhsullarından ibarət sovqatlar, eləcə də infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici materiallar paylanılıb.

Yardım olunan ailələr bu həssas dövrdə vətəndaşların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən, ölkədə nümayiş olunan birlik və həmrəylikdən razılıq ifadə ediblər.

“Regional İnkişaf” İctimai Birliyi və “Kontakt Home” mağazalar şəbəkəsi hər kəsi evdə qalmaqla karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır.

FOTO