150 +994505000150

Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində aztəminatlı ailələrə yardım göstərdi

15 aprel 2020
Paylaş
Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində aztəminatlı ailələrə yardım göstərdi

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyasına başlayıb. Aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndiməkdir.

Aprelin 14-də “Abşeron Kristal” MMC və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata keçirilən aksiya çərçivəsində Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayan aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət 1000-dən çox sovqat paylayıb.  Layihə karantin rejimi müddətində bütün regionlar üzrə davam edəcək.