RİİB Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə sosial aksiya həyata keçirib
Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti birgə sosial aksiya keçirib.
Aksiya çərçivəsində RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən
qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət
sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena
qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə
minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin
pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 20 aprel 2020-ci il tarixinədək tətbiq edilən xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan edilib, insanların yaxın təmaslarını azaltmaq üçün hərəkət məhdudiyyətləri müəyyən olunub.