RİİB tərəfindən başlanılan sosial aksiyaya Nizami RİH də qoşulub
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimində aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, şəhid ailəsi üzvlərinə və digər həssas kateqoriyadan olan insanlara dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən sosial aksiyaya Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti də qoşulub.
Aksiya çərçivəsində RİİB könüllüləri və icra
hakimiyyətinin əməkdaşları tərəfindən bir sıra ailələrə ərzaq məhsullarından
ibarət sovqatlar və infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici
materiallar paylanılıb.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə
minnətdarlıqlarını bildirən vətəndaşlar, pandemiya ilə mübarizədə dövlətin həyata
keçirdiyi tədbirlərdən razılıq ifadə ediblər.
“Regional İnkişaf” İctimai Birliyi və Nizami Rayon
İcra Hakimiyyəti bir daha vətəndaşlarımızı bu həssas dövrdə evdə qalmağa, Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan
olunmuş xüsusi karantin rejimi tələblərinə ciddi riayət etməyə çağırır.