Yevlaxda yaşı 65-dən yuxarı olan tənha insanlara və aztəminatlı ailələrə ərzaq sovqatı paylanılıb
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə köməyə ehtiyacı olan insanlara, aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatların paylanılması ilə bağlı “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən başlanılan sosial aksiyaya Yevlax Şəhər İcra Hakimiyyəti də qoşulub.
Aksiya çərçivəsində RİİB könüllüləri və Yevlax Şəhər
İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə,
o cümlədən karantin rejimində sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə
ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, onlara infeksiyadan qorunmaq
üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar
verilib.
Dövlətin pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlərdən
razılıq ifadə edən vətəndaşlar göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 20 aprel 2020-ci il tarixədək tətbiq edilən xüsusi
karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib,
insanların yaxın təmaslarını azaltmaq üçün hərəkət
məhdudiyyətləri müəyyən olunub.
“Regional İnkişaf” İctimai Birliyi və Yevlax Şəhər
İcra Hakimiyyəti bir daha vətəndaşlarımızı bu həssas dövrdə evdə qalmağa, dövlətin
müəyyən etdiyi karantin rejimi qaydalarına ciddi riayət etməyə çağırır.