RİİB və Nərimanov RİH yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq sovqatı paylayıb
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sosial aksiya keçirilib.
Aksiyası çərçivəsində RİİB könüllüləri tərəfindən
karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha
yaşayan 200 nəfər şəxsə ərzaq məhsullarından ibarət sovqat paylanılıb, eləcə də
vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi
gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya
görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, koronavirus infeksiyasının
ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata
keçirilən tədbirlər çərçivəsində 20 aprel 2020-ci il tarixədək 65 yaşdan yuxarı
şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə
insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə
məhdudlaşdırılıb.
Bu həssas dövrdə vətəndaşlarımızı evdə qalmağa, dövlətin
müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırırıq.