“Regional İnkişaf” İctimai Birliyi və “Rahat” supermarket birgə sosial aksiya keçirib
Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan olunan yaşı 65-dən yuxarı və tənha yaşayan şəxslərə dəstək tədbirləri davam etdirilir.
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və
“Rahat” supermarketin birgə təşkilatçılığı ilə həyata keçirlən sosial və
maarifləndirmə aksiyası çərçivəsində RİİB könüllüləri tərəfindən 150 nəfər
xüsusi risk qrupuna aid, təhna yaşayan şəxsə ərzaq məhsullarından ibarət sovqatlar
paylanılıb, pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və
preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi
barədə məlumatlar verilib.
Sovqat alan
sakinlər öz növbəsində nəcib təşəbbüslərə, karantin
günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
Vətəndaşlarımızı bir daha bu həssas dövrdə evdə
qalmağa, karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.