150 +994505000150

RİİB könüllüləri və region gənclərini Xocalı soyqırımı barədə məlumatlandırmaq məqdədilə silsilə tədbirlər keçirir

25 fevral 2020
Paylaş
RİİB könüllüləri və region gənclərini Xocalı soyqırımı barədə məlumatlandırmaq məqdədilə silsilə tədbirlər keçirir

Xocalı soyqırımından 28 il keçməsinə baxmayaraq, bu faciə yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin tarixində ən qanlı hadisələrdən biri kimi yaddaşlarda qalıb.

Gəncləri faciə barədə məlumatlandırmaq, soyqırım qurbanlarının xatirəsini yad etmək, onlarda vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən regionlarda silsilə tədbirlər keçirilir.

“Xocalı - şahidlərin gözü ilə” layihəsi çərçivəsində növbəti tədbirlər 22-23 fevral  tarixlərində Zaqatala, İsmayıllı və Göyçay rayonlarında təşkil olunub. Tədbirlərdə Əməkdar artist Azad Şükürov, Xocalı faciəsinin canlı şahidləri Mürvət Məmmədov və Dürdanə Ağayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı güvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə soydaşlarımıza qarşı törədilən vəhşiliklərdən, soyqırımından, uşaqların, qadınların, yaşlıların amansızlıqla qətlə yetirilməsindən, qarşılaşdıqları çətinliklərdən geniş danışmış, gənclərin suallarını cavablandırmış, insanlıq əleyhinə bu ağır hərbi cinayəti törətmiş şəxslərin tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını alacağına və torpaqlarımızın mənfur düşmən tapdağından azad olunacağına inandıqlarını ifadə ediblər.


FOTO