“Sosial layihələr” müsabiqəsinin 2019-cu il üzrə yekunu
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.
Müsabiqəyə 01
avqust 2019-cu il tarixindən noyabrın 20-dək Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar),
ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri (kolleclər),
elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri
daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları tərəfindən
ümumilikdə 450-dən artıq layihə təqdim edilmişdir. Ümumi layihələrin 72 %-i qeyri-hökumət
təşkilatlarından (ictimai birlik və fondlar), 28 %-i isə təhsil mühitindən
( ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri, elmi-tədqiqat
təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi
cəmiyyətləri və tələbə gənclər təşkilatları) daxil
olmuşdur. Bununla yanaşı, layihə təkliflərinin 25 %-i bölgələrdən, geri
qalan hissəsi isə Bakı və Sumqayıt ərazisindən təqdim edilmişdir.
Qeyd edək ki, müsabiqəyə göndərilən layihələrin
qiymətləndirilməsi hazırda davam edir və bugünədək 9 layihə qalib müəyyən
edilmişdir. İştirakçılara müsabiqənin nəticələri barədə elektron formada məlumat
göndəriləcək.
Xatırladaq ki,
“Sosial layihələr” müsabiqəsi
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin
inkişafı və təşəbbüskarlıq mühitinin
formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi
inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri;
elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə
işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə
dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə
bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə
edir.