"Sosial layihələr" müsabiqəsi çərçivəsində jest dili lüğəti yaradılacaq
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Doğma jest dili” layihəsinin icrasına başlanılıb.
Heydər Əliyev
Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan
etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində
qalib elan edilən “Doğma jest dili” layihəsinin icrasına başlanılıb.
“Karlara dəstək”
İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin
əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti
ilə məşğul olma qabiliyyətinin artırılması və
ətrafdakı insanlarla ünsiyyətin təşkil
olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.
Müəyyən söz toplusunun əks
olunacağı lüğət eşitmə və nitq
məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini müvafiq jestlərlə
izah edəcək və həmin şəxslərin ünsiyyət zamanı qarşılaşdığı çətinlikləri aradan qaldıracaq.
Sözlərin şəkillərlə
izahını verməklə yanaşı, jest dilinin vacib hissəsi sayılan mimika ilə ifadə edilən
işarələri təsvir edən məlumatlardan ibarət veb səhifə və
mobil tətbiqin hazırlanması da nəzərdə tutulur.
Bu layihə eyni
zamanda eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınları və onlarla
işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlərin istifadəsi üçün
faydalı ləvazimat olacaq.
Xatırladaq ki, “Sosial
layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı
İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və
təşəbbüskarlıq mühitinin
formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi
inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri;
elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə
işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə
dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə
bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə
edir.