150 +994505000150

“Azərbaycanım” - foto müsabiqəsi keçirilir

19 noyabr 2019
Paylaş
“Azərbaycanım” - foto müsabiqəsi keçirilir

«Regional İnkişaf» İctimai Birliyi və "Orxan Aslanov studiyası” “Azərbaycanım” - foto müsabiqəsi elan edib.

Müsabiqəyə qoşulmaq üçün fotoaparat və ya mobil telefon vasitəsi ilə çəkilmiş, Azərbaycanın mədəniyyət və incəsənətini, tarixini, təbiətini, insanlarını, mətbəxini, sosial həyatını, şəhər və kəndlərini, digər sahələri əks etdirən 3 ən yaxşı fotonu dekabrın 8-dək azerbaycanim@riib.az e-mail ünvanına göndərə bilərsiniz.      

Hər bir fotonun həcmi 5 MB-a, ölçüsü isə 3000 pixelədək olmalıdır. Fotoları göndərərkən e-mailda iştirakçının ad-soyadının, əlaqə nömrəsi, ünvan və şəxsi instagram hesabının qeyd edilməsi mütləqdir. Tələblərə cavab verən fotolar səsvrmə üçün müsabiqənin instaqram səhifəsində (azerbaycanim.contest) yerləşdirilir.

Fotoların qəbulu başa çatdıqdan sonra dekabrın 18-ə qədər müsabiqənin qaliblərinin seçimi aparılacaq. Belə ki, 1-ci yerin qalibi münsiflər heyətinin qərarı ilə, 2-ci yerin sahibi instaqramda fotoların bəyənilmə sayı ilə yanaşı münsiflər heyətinin rəyi əsasında müəyyən olunacaq. Müsabiqənin sonunda keçiriləcək sərgi zamanı izləyicilərdən daha çox səs toplayan fotonun sahibi isə 3-cü yeri qazanacaq. Qaliblərin hər birinə qiymətli hədiyyələr təqdim ediləcək.

1-ci yer:

Canon 6D mark II

Canon 50mm 1.4

Zeiss Lens Cleaning kit

National Geographics backpack

Sandisk 64GB

Reader Sandisk

2-ci yer:

MacBook Pro 2017 13”

National Geographics backpack

3-cü yer:

2 nəfərlik Kapadokiya səyahəti

Müsabiqə ilə bağlı suallarınıza +994(50) 6000150 telefon nömrəsi ilə əlaqə saxlayaraq, eyni zamanda müsabiqənin rəsmi instagram (azerbaycanim.contest) və feysbuk (https://www.facebook.com/azerbaycanim.contest/) səhifələrinə mesaj yazaraq cavab ala bilərsiniz.