Süd vəzi xərçənginə qarşı maarifləndirmə tədbirləri keçirilib
Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə hər il dünyada 1 milyondan cox süd vəzi xərçəngi ilə xəstələnmə hadisəsi qeydə alınır.
Oktyabr ayı bütün
dünyada süd vəzi xərçənginə qarşı mübarizə və maarifləndirmə ayı kimi qeyd
olunur. Bu məqsədlə “Regional İnkişaf” İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin
dəstəyi ilə “Hamiləlikdə İnkişaf Portalı”nın fəaliyyəti
çərçivəsində ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə
mübarizəyə cəlb etmək, qadınlara vaxtında müayinələrdən keçməyə çağırış etmək
üçün paytaxt və regionlarda aksiya keçirilib. Aksiyada RİİB könüllüləri tərəfindən
sakinlərinə süd vəzi xəçəngi, onun əlamətləri, risk faktorları, vaxtaşırı tibbi
müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından
bəhs edən maarifləndirici materiallar, eləcə də xəstəliyin rəmzi olan çəhrayı rəngli
lentlər paylanılıb.
Aksiyanın sonunda 500-dən çox gəncin iştirakı ilə Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında fləşmob təşkil olunub.