RİİB-in 2019-cu il üzrə elan etdiyi "Sosial layihələr" müsabiqəsinin ilk qalibləri müəyyənləşib
Avqustun 1-dən start götürən müsabiqədə qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri, elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları cəmiyyətin sosial inkişafına yönəlmiş ideya və təşəbbüsləri irəli sürərək iştirak edir.
Bugünə qədər müsabiqəyə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, həyat və sağlamlığının qorunmasına, elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə, təbiət və ətraf mühitin mühafizəsinə, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına dair təşəbbüsləri ifadə edən 150-ə yaxın layihə təqdim olunub.
Müsabiqənin ilkin mərhələsində 4 layihə qalib elan olunub. Qalib layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafı, təbiətin və ətraf mühitin mühafizəsi, elm və təhsilin inkişafı, sosial cəhətdən həssas əhali qruplarının sosial problemlərinin həllini özündə əks etdirir.
İctimai birliklər tərəfindən təqdim edilən müsabiqənin ilk qalibləri - məsul şəxs və layihələrin adı aşağıda qeyd olunub:
1. “Çərpələng” uşaq proqramı - Qüdrət Əliyev, məsul şəxs
2. “Ümidə aparan yol” - Rahib Rəsulzadə, məsul şəxs
3. “Sosial Məşğulluq Mərkəzi”- Mirzə Məmməd Vəliyev, məsul şəxs
4. “Doğma jest dili" - Kamran Abasov, məsul şəxs
Qeyd edək ki, müsabiqəyə göndərilən layihələrin qiymətləndirilməsi hazırda davam edir. İştirakçılara yoxlamadan keçməyən və münsiflər heyətinin qiymətləndirməsinə təqdim olunan layihələr barədə elektron formada məlumat göndəriləcək.
Layihələrin qəbulu üçün son müraciət tarixi 20 noyabrdır. Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada müsabiqənin rəsmi internet səhifəsində (http://musabiqe.riib.az/) aparılır.
Əlavə məlumat almaq üçün “150” Çağrı Mərkəzinə və (012) 4880150, (050) 6000150 telefon nömrələrinə müraciət etmək olar.