RİİB “Qaynar xətt” və “WhatsApp” xidmətdə
2 mart 2016
Paylaş
Əhali ilə ünsiyyətin genişləndirilməsi və qarşıya qoyulan vəzifələrin reallaşması üçün “Regional İnkişaf” İctimai Birliyinin yaxın vaxtlarda “Qaynar xətt”i və “WhatsApp” mesaj xidməti istifadəyə veriləcək.
Təşkilata daxil olan yazılı müraciətlər, “Qaynar xətt” telefon xidmətinə və “WhatsApp” mesajlarla göndərilən müraciətlər, foto və videomateriallar təhlil ediləcək, qurumun fəaliyyət sahələrinə və vəzifələrinə uyğun olaraq baxılacaqdır.