150 +994505000150

Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı gününə həsr edilmiş görüş keçirilib

6 noyabr 2019
Paylaş
Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı gününə həsr edilmiş görüş keçirilib

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 6 noyabr - Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı günü münasibəti ilə Şağan Mədəniyyət Mərkəzində tanınmış teleaparıcılar Rafiq Həşimov və Nailə Babayeva ilə Xəzər rayon gənclərinin görüşü keçirilib.

Görüşdə televiziya və radionun insanların həyatındakı rolundan, ana dilində düzgün, səlis danışmağın vacibliyindən, ədəbi dil normalarının qorunmasında radio və televiziyanın, bu sahədə çalışan insanların üzərinə düşən vəzifələrdən, natiqlik sənətindən danışılıb, auditoriya qarşısında çıxışların mühüm məqamları diqqətə çatdırılıb. Tanınmış diktorlar həmçinin, öz peşə fəaliyyətlərindən, əldə etdikləri təcrübələrdən danışıb, televiziya sahəsində çalışmağın çətin və bir o qədər də maraqlı tərəflərindən səmimi söhbət açıblar. Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.