150 +994505000150

RİİB paytaxt və regionlarda gənclər üçün müxtəlif mədəni tədbirlər təşkil edir

29 oktyabr 2019
Paylaş
RİİB paytaxt və regionlarda gənclər üçün müxtəlif mədəni tədbirlər təşkil edir

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərə milli-mənəvi dəyərlərimizin və teatr mədəniyyətinin aşılanması, asudə vaxtlarının və mədəni istirahətlərinin səmərəli təşkili, milli-mədəni sərvətimiz olan teatrlarımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması və inkişaf etdirilməsinə dəstək məqsədi ilə oktyabrın 29-da Mərdəkan Mədəniyyət Sarayında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının ssenari müəllifi və quruluşçu rejissoru Qurban Məsimov olan “Zəng” tamaşasının nümayişi təşkil olunub.

Uşaqlar və böyüklər üçün nəzərdə tutulan və istedadlı aktyor Rəhim Rəhimovun iştirakı ilə nümayiş olunan mono-tamaşada valideynlərə olan münasibətdən, onlara hörmət və mərhəmətdən bəhs edilir. 400-ə yaxın gənc və teatra marağı olan qəsəbə sakinləri tərəfindən maraqla izlənən tamaşaya giriş sərbəst olub.