150 +994505000150

Fiziki və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərinin satış-sərgisi təşkil olunub

4 iyul 2016
Paylaş
Fiziki və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərinin satış-sərgisi təşkil olunub

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində fiziki və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

Sərgidə respublikanın müxtəlif regionlarından olan fiziki və sağlamlıq imkanları məhdud şəxslərin əl işləri nümayiş etdirilib.

 

Açılışda çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev sərginin fiziki imkanları məhdud şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsinə, onların cəmiyyətə aktiv inteqrasiyasının təmin olunmasına, cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılmasına xidmət etdiyini bildirib.

 

Daha sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və açılışda iştirak edən rayon ictimaiyyəti sərgi ilə tanış olub.

 

Satış-sərgidə rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə və s. növlərdə 150-dən çox əl işi nümayiş olunub. Sərginin sonunda əsərlərin satışı təşkil edilib.