150 +994505000150

İnklüziv təhsil sahəsində maarifləndirmə təlimləri keçirilib

2 oktyabr 2019
Paylaş
İnklüziv təhsil sahəsində maarifləndirmə təlimləri keçirilib

İnklüziv təhsil sahəsində növbəti maarifləndirmə layihəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində reallaşıb.

Qeyd edək ki, tədbir “Regional İnkişaf” İctimai Birliyinin Avropa İttifaqinin dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “UNİCEF Azərbaycan”ın reallaşdırdığı “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində təşkil olunub.

Müəllim-tələbə heyəti üçün keçirilən təlimlərin əsas məqsədi inklüziv təhsilin əhəmiyyətini, əlilliyi olan insanların cəmiyyətə inteqrasıyasının vacibliyini geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Tədbirdə əlilliyi olan gənc çıxış edərək öz uğur hekayəsini danışıb, inklüziv təhsildən yararlanmanın onun həyatındakı rolundan söz açıb. Həmçinin ailədən gələn mənəvi dəstəyi əlilliyi olan gənclərin həyatda uğurunun əsas amillərindən biri kimi şərtləndirib.

Ali məktəblərdə, həmçinin inklüziv təhsillə bağlı həyata keçirilən hər iki layihə ilə bağlı təqdimatlar olub.

Maarifləndirmə tədbirlərinin digər təhsil müəssislərində də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “UNİCEF Azərbaycan” tərəfindən rellaşdırılan “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na dəstək olaraq reallaşdırılır.

 

FOTO