150 +994505000150

Bakıda “Sosial layihələr” müsabiqəsinin təqdimatı keçiriləcək

20 sentyabr 2019
Paylaş
Bakıda “Sosial layihələr” müsabiqəsinin təqdimatı keçiriləcək

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin 25-26 sentyabr tarixlərində Bakı şəhərində təqdimatının keçirilməsi nəzərdə tutulur.

Təqdimatda iştirak etmək istəyənlər 24 sentyabr 2019-cu il, saat 18:00-dək https://forms.gle/LvuS7xSiPPpTWZUE7 linkdə qeydiyyatdan keçməlidirlər.

Təqdimatda müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə geniş məlumat veriləcək, iştirkaçıların sualları cavablandırılacaq.

Qeydiyyatdan keçən şəxslərin təqdimat tədbirinə şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur.

Müsabiqə barədə riib.az saytından, eləcə də (012) 4880150 əlaqə telefonu və 150 çağrı mərkəzinə müraciət etməklə ətraflı məlumat əldə etmək mümkündür.