150 +994505000150

Bərdədə “Talassemiyasız həyat naminə” regional simpozium və ödənişsiz müayinələr keçirilib

6 aprel 2019
Paylaş
Bərdədə “Talassemiyasız həyat naminə” regional simpozium və ödənişsiz müayinələr keçirilib

Aprelin 6-da Bərdə şəhərində “Talassemiyasız həyat naminə” 6-cı regional elmi simpozium keçirilib.

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə  keçirilən tədbirdə Bərdə və ətraf rayonların səhiyyə işçiləri, talassemiya daşıyıcısı olan ailələrdən nümayəndələr və QHT təmsilçiləri iştirak ediblər.

 

Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov çıxışında ölkədə səhiyyə sahəsində aparılan islahatlar, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 10 il əvvəl istifadəyə verilən Talassemiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Vurğulayıb ki, tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar və maddi-texniki bazanın gücləndirilməsi bu xəstəliyin müalicəsində və profilaktikasında mühüm rol oynayır.

 

Bildirilib ki, Talassemiya Mərkəzi və RİİB indiyədək Mingəçevir, Qax, Şirvan, Lənkəran və Qubada “Talassemiyasız həyat naminə” şüarı ilə regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil edib.

 

Daha sonra simpozium elmi sessiyalarla davam edib, talassemiya ilə bağlı müxtəlif mövzularda məruzələr dinlənilib və müzakirə edilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Tədbir çərçivəsində Bərdə şəhərində talassemiya daşıyıcılığının müəyyən edilməsi məqsədilə ödənişsiz tibbi müayinələr də təşkil edilib.

 

FOTO