150 +994505000150

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində yaradılmış işçi qrupunun növbəti iclası keçirilib

14 fevral 2019
Paylaş
“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində yaradılmış işçi qrupunun növbəti iclası keçirilib

Avropa İttifaqının dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində inklüziv təhsilin müəllim hazırlığı kurrikulumuna inteqrasiyası ilə bağlı yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.

İclasda layihəyə cəlb olunmuş beynəlxalq ekspert Marike Stivens tərəfindən təlim proqramlarının təqdimatı olub və inklüziv təhsil kontekstində ibtidai sinif və xüsusi təhsil müəllimlərinin rolu, ilkin pedaqoji hazırlıq pilləsində beynəlxalq təcrübəyə dair çıxışlar dinlənilib, eləcə də təlim proqramlarının adıçəkilən ixtisasların kurikulumuna inteqrasiyası istiqamətində növbəti mərhələdə həyata keçiriləcək tədbirlər geniş müzakirə olunub.

 

FOTO