150 +994505000150

Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təmin edilməsi məqsədilə müəllimlərə təlim keçilir

4 fevral 2019
Paylaş
Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təmin edilməsi məqsədilə müəllimlərə təlim keçilir

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Bakı şəhərində inklüziv təhsil üzrə təlim başlayıb.

Təhsil Nazirliyi ilə birgə təşkil edilən təlimə Bakı, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad  rayonlarından 18 müəllim cəlb olunub.

Tədbirin məqsədi layihənin əhatə dairəsinə aid region müəllimlərinin təlim bacarıqlarını artırmaq və onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdir. Təlimi beynəlxalq ekspertlər layihə çərçivəsində hazırlanmış proqram əsasında aparır.

Layihə rəhbəri Leyla Tağıyeva bildirib ki, inklüziv təhsilin tətbiqi prosesində müəllimlərin xüsusi rolu var. Məhz müəllimlər sağlamlıq imkanları məhdud uşaqların məktəbə uğurlu inteqrasiyası və effektiv öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir. Təlimdə təqdim edilən yanaşmalar pedaqoqlar arasında əməkdaşlıq və təcrübə mübadiləsininin təşviqinə əsaslandığından  daha çox müəllimin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına nail olunacaq.

Fevralın 8-dək davam edəcək təlimdə iştirak edən müəllimlər daha sonra Bakı, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabadda 1000 ibtidai sinif müəllimi, 400 orta məktəb rəhbəri, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər universitetlərin pedaqoji fakültələrində çalışan 400 pedaqoq-müəllim və 2000 tələbəyə təlimlər keçəcəklər.

Qeyd edək ki, növbəti mərhələlərdə layihə çərçivəsində hazırlanmış inklüziv təhsil üzrə təlim proqramları ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurrikulumuna inteqrasiya ediləcək.

 

FOTO