150 +994505000150

Regionlarda əhalinin maliyyə savadlılığının artırılmasına dair layihəyə başlanılır

22 dekabr 2018
Paylaş
Regionlarda əhalinin maliyyə savadlılığının artırılmasına dair layihəyə başlanılır

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Almaniyanın Şparkassa Bankının birgə təşkilatçılığı ilə “Regionlarda əhalinin maliyyə savadlılığının artırılması” layihəsinin icrasına başlanılıb.

 Layihə çərçivəsində bölgələrdə müxtəlif əhali qrupları – məktəblilər, müəllimlər, fermerlər və s. üçün təlimlər təşkil olunacaq. Bu tədbirlər ilkin mərhələdə 500 nəfəri əhatə edəcək.

Bölgələrdə təlimləri RİİB əməkdaşları və könüllülərindən ibarət heyət aparacaq. Onların hazırlığı məqsədilə dekabrın 18-dən 21-dək Bakıda təcrübəli beynəlxalq təlimçi Hande Meydanın iştirakı ilə “Yığım oyunu” adlı təlim təşkil olunub. Təlim proqramında iştirakçılara ailə büdcəsinin, gəlir və xərclərin səmərəli və qənaətlə idarə olunmasına dair məlumatlar verilib, mövzuya dair müxtəlif materiallar paylanılıb.

 

FOTO