RİİB Lənkəran regional mərkəzinin toplantısı
“Regional İnkişaf” İctimai Birliyinin martın 7-də Lənkəranda iclası keçirilib.
Qeyd olunub ki, təşkilatın cənub bölgəsi üzrə fəaliyyəti Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarını əhatə edək, regional mərkəz isə Lənkəran şəhərində fəaliyyət göstərəcək.
Diskussiya formasında keçən tədbirdə rayonda turizmin inkişafı, istedadlı gənclərə dəstək, autizm və bu kimi sosial məsələlər üzrə regionlarda bərpa mərkəzlərinin yaradılması, yeni iş yerlərinin açılması, erkən nikahlar, eləcə də ucqar kəndlərdə qız uşaqlarının təhsildən yayındırılması, kompüter texnologiyaları, regionlarda insan kapitalının formalaşdırılması və digər məsələlərlə bağlı təkliflər dinlənilib.