150 +994505000150

“Regional İnkişaf” İctimai Birliyinin İsmayıllıda toplantısı

03 mart 2016
Paylaş
“Regional İnkişaf” İctimai Birliyinin İsmayıllıda toplantısı

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis olunan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) martın 2-də İsmayıllı rayonunda ilk iclası keçirilib.


 

Rayon sakinlərinin iştirakı ilə keçirilən iclasda təşkilatın məqsədləri barədə məlumat verilib.


 

Qeyd edilib ki, 2012-2015-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən xaricdə Azərbaycanın təbliği ilə bağlı 250-dən çox tədbir keçirilib. Qarşıdakı illər ərzində isə Fondun fəaliyyətində əsas istiqamət regionlarda müxtəlif layihələrin icrasına yönələcək. Belə ki, 2016-2017-ci illərdə Fond regionlarda layihələrin genişlənməsini prioritet elan edib. İctimai Birliyin əsas fəaliyyəti ictimai nəzarətin gücləndirilməsi, gənclərlə iş sahəsinə yönələcəkdir.


 

RİİB-in Dağlıq Şirvan regionu üzrə fəaliyyəti İsmayıllı, Şamaxı, Agsu, Qobustan rayonlarını əhatə edəcək və nümayəndələr İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək. Birliyin üzvləri, könüllüləri regionlarda vətəndaşlarla daim əlaqədə olacaq.