Könüllülər Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak ediblər
25 fevral 2023
Paylaş
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib.
Nərimanov rayonunda təşkil edilən aksiyada Xocalı qətliamında
həlak olmuş 613 insanın xatirəsini əbədiləşdirmək məqsədilə könüllülər tərəfindən
613 ağac əkilib.
Soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda
yaşadılması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyada
könüllülər fəal iştirak ediblər.