150 +994505000150

“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda iştirak edib

5 dekabr 2022
Paylaş
“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda iştirak edib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, ASAN Xidmət və Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” keçirilib.

Forum “Regional İnkişaf” İctimai Birliyinin də təmsil olunduğu sərgi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.

 

Tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tədbir çərçivəsində, həmçinin il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər təltif edilib.

 

Yekununda Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.


FOTO