RİİB könüllüləri məktəblilər üçün uşaq hüquqları mövzusunda təlimlər keçib
20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində paytaxt və regiolarda yerləşən orta məktəblərdə uşaq hüquqlarına dair məlumatlılığın artırılmasına yönəlmiş təlimlər həyata keçirilib.
“Regional
İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən 14-18 noyabr tarixlərində
keçilən təlimlər uşaq hüquqlarının inkişaf tarixi və müdafiəsi, Azərbaycanda
uşaq hüquqları ilə bağlı milli qanunvericilik bazası və beynəlxalq əməkdaşlıq,
BMT-nin Uşaq Hüquqları Konvensiyasının təşviqi, erkən uşaqlıq dövründə inkişaf,
uşaqların zərərli informasiyadan qorunması, valideynlik vəzifələri və digər
vacib mövzuları əhatə edib. Ümumilikdə 500-dən çox məktəblinin iştirak etdiyi təlimlərdə,
həmçinin mövzu üzrə müsabiqələr təşkil olunub, şagirdlərə məlumatlandırıcı
materiallar və hədiyyələr paylanılıb.
Qeyd edək ki, kampaniya BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.