150 +994505000150

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib

29 oktyabr 2022
Paylaş
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası Qaradağ rayonu ərazisində - əsas magistral yolun kənarında keçirilib.

İlk növbədə, ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Həmin əraziyə iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd sərv ağacı icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən yeni, fərqli üsulla əkilib. Ağaclara qulluq göstərilməsi və suvarılması məsələləri nəzarətə götürülüb və həmin işlərin icrasına cavabdeh şəxslər müəyyən edilib.

Xatırladaq ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilən ağacəkmə aksiyasının payız mövsümü ərzində paytaxtın digər ərazilərində də təşkili nəzərdə tutulur.


FOTO