150 +994505000150

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

15 oktyabr 2022
Paylaş
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlıq memoranduma əsasən Xəzər rayonu ərazisində - əsas magistral yolun kənarında ağacəkmə aksiyası keçirilib.

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilən aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri fəal iştirak ediblər.

İlk növbədə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Həmin əraziyə aksiya iştirakçıları tərəfindən paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd sərv ağacı əkilib.

Ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri nəzarətə götürülüb və bunun üçün cavabdeh şəxslər təyin edilib.

Paytaxtın yaşıllaşdırılması və daha da gözəlləşməsinə töhfə olan bu cür aksiyaların payız mövsümü ərzində Bakı şəhərinin digər ərazilərində də keçirilməsi nəzərdə tutulur.


FOTO