150 +994505000150

RİİB könüllüləri VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilində yaxından iştirak ediblər

11 oktyabr 2021
Paylaş
RİİB könüllüləri VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilində yaxından iştirak ediblər

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri 6-10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilində yaxından iştirak ediblər.

Sərgi müddətində ziyarətçilərin karantin rejiminin tələblərinə əməl etməsinə ümumi nəzarəti həyata keçirən RİİB könüllüləri, qonaqların qarşılanması və məlumatlandırılması işinə də dəstək verib, həmçinin sərgi ilə tanış olublar.

Sərginin təşkilinə verdiyi dəstəyə görə “Regional İnkişaf” İctimai Birliyi və RİİB könüllüləri sertifikatla təltif edilib.

Sertifikatlar təşkilatçı şirkət – “Caspian Event Organisers”in icraçı direktoru Bəhruz Hidayətzadə tərəfindən təqdim olunub.  

FOTO