150 +994505000150

RİİB könüllüləri üçün Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub

19 sentyabr 2022
Paylaş
RİİB könüllüləri üçün Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təşkil olunan “Könüllülərin bilik və bacarıqlarının artırılması” təlimləri çərçivəsində könüllülər üçün Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub.

Könülüllər parkda Vətən müharibəsi zamanı şanlı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış olub, eksponatlar haqqında ətraflı məlumat alıblar.

Xatırladaq ki, RİİB-in Bakı regional bölməsi üzrə təşkil edilən “Könüllülərin bilik və bacarıqlarının artırılması” təlimləri gənclərin şəxsi inkişafına, nəzəri və praktik biliklərinin, eyni zamanda komanda ilə işləmək bacarıqlarının artırılmasına dəstək vermək məqsədilə keçirilib.

 


FOTO