RİİB könüllüləri Səbail rayonunda keçirilən maarifləndirmə tədbirlərində iştirak ediblər
Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott Macdonald” şirkətinin artıq 4-cü ildir birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.
Əvvəl Nərimanov, sonradan
isə Nizami, Nəsimi və Yasamal rayonlarında uğurla həyata keçirilən bu layihəyə
sentyabrın 20-dən Səbail rayonu da qoşulacaq.
Layihənin xüsusi
diqqət ayırdığı vətəndaş maarifləndirilməsi işlərinə Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları,
bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb
edilib.
Bakı
Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında
imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə
işlərinə yaxından dəstək verirlər.
Könüllülər həyət və
məhəllələrdə sakinlərlə görüş keçirir, mənzillərə yaşıl və narıncı rəngli
paketlər, izahedici bukletlər paylayır, məhəllə
və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar.
Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.