150 +994505000150

“Könüllülərin bilik və bacarıqlarının artırılması” təlimləri davam etdirilir

8 avqust 2022
Paylaş
“Könüllülərin bilik və bacarıqlarının artırılması” təlimləri davam etdirilir

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təşkil olunan “Könüllülərin bilik və bacarıqlarının artırılması” təlimləri davam etdirilir.

Növbəti təlimlər RİİB-in Bakı regional bölməsi üzrə qeydiyyatdan keçərək seçilmiş 50 könüllünün iştirakı ilə həftədə 3 dəfə olmaqla keçirilir və “RİİB-də könüllülük”, “Layihələrin yazılması və idarə edilməsi”, “Sosial mediadan düzgün istifadə”,  “Vaxtın idarə olunması” və digər mövzuları əhatə edir.  

Təlimlər müddətində könüllülər üçün Heydər Əliyev Mərkəzi və Hərbi Qənimətlər Parkına ekskursiyaların təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, məqsəd könüllülərin şəxsi inkişafına, nəzəri və praktik biliklərinin, eyni zamanda komada ilə işləmək bacarıqlarının artırılmasına dəstək verməkdir.


FOTO