Paytaxt rayonlarında birgə monitorinqlər davam edir
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlər davam etdirilir.
Hazırda Suraxanı rayonu ərazisində RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşlarından ibarət birgə monitorinq qrupları küçə və prospektlərdə, park və məhəllələrdə reydlər keçirir. Nəticələrdən asılı olaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.
Qeydə alınan çatışmazlıqların aradan qaldırılması üçün növbəti mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində tədbirlərin icrasına başlanılacaq.
Xatırladaq ki, Səbail, Nərimanov və Yasamal rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilib, ağaclar budanıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemləri qurulub və digər abadlıq işləri görülüb.