150 +994505000150

RİİB könüllüləri “Teknofest Azərbaycan”a təşkilati dəstək verəcək

11 may 2022
Paylaş
RİİB könüllüləri “Teknofest Azərbaycan”a təşkilati dəstək verəcək

“Teknofest Azərbaycan” nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlığa dair memoranduma əsasən, 26-29 may tarixlərində Bakıda keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində iştirakçıların qarşılanması, yönləndirilməsi, məlumatlandırılması və digər təşkilati işlərin icrasına 270 nəfərdən çox RİİB könüllüsü dəstək verəcək.

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən festivalda xidmət göstərəcək könüllülərin seçimi artıq başa çatıb və hazırda onlar müvafiq təlimlərdən keçirlər.

Xatırladaq ki, “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə  cari ilin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçiriləcək.

“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.


FOTO