RİİB könüllüləri Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər
Ağdam şəhəri daxil olmaqla, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.
Aksiyada Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən, ilk növbədə, ağacların əkilməsi üçün nəzərdə tutulan sənaye zonası salınacaq ərazinin ətrafı daş və digər tullantılardan təmizlənib, hamarlanıb, əkin üçün hazır vəziyyətə gətirilib. Əraziyə 800 ədəd həmişəyaşıl ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.