150 +994505000150

RİİB könüllülərinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarpla onlayn görüşü keçirilib

19 iyul 2021
Paylaş
RİİB könüllülərinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarpla onlayn görüşü keçirilib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən gəncləri könüllü fəaliyyətə təşviq etmək, onların bilik və bacarıqlarını, təşəbbüskarlığını artırmaq, şəxsi və peşəkar inkişafına təkan vermək məqsədilə icra edilən “Könüllülük” proqramının “Sosial məsuliyyət” həftəsinin yekunu olaraq proqramın fəxri qonağı, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarpla iyulun 19-da onlayn görüş keçirilib.

Görüşdə RİİB könüllülərini maraqlandıran suallara cavab verən səfir öz könüllülük təcrübəsi, könüllülü fəaliyyətin, sosial məsuliyyət hissi və xeyirxahlıq kimi bəşəri dəyərlərin əhəmiyyətindən, gənclərin bu sahədə qazandığı təcrübənin gələcək karyeralarındakı rolundan danışaraq, həmçinin ölkəmizlə bağlı təəssüratlarını gənclərlə bölüşüb.

300-ə yaxın könüllünün qoşulduğu görüşün sonunda səfir öz tövsiyələrini səsləndirərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 


FOTO