150 +994505000150

RİİB-in növbəti “Könüllülük” proqramının icrası davam etdirilir

30 mart 2021
Paylaş
RİİB-in növbəti “Könüllülük” proqramının icrası davam etdirilir

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən gəncləri könüllü fəaliyyətə təşviq etmək, onların bilik və bacarıqlarını, təşəbbüskarlığını artırmaq, şəxsi və peşəkar inkişafına təkan vermək məqsədilə həyata keçirilən növbəti “Könüllülük” proqramının icrası davam etdirilir. 6 aylıq müddəti əhatə edəcək proqrama “Tanışlıq həftəsi” ilə start verilib.

Könüllülərə həm nəzəri, həm də praktik biliklər qazandıran “İsgüzar həftə”də işgüzar etiket və davranış qaydaları, işə qəbul üzrə müsahibələrdə iştirak, komanda işi və digər mövzularda təlimlər keçirilib, turizm, mədəniyyət, istehsal və xidmət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlara infoturlar təşkil olunub. İnfoturlarda gənclərə müəssisələrin fəaliyyəti, iş prinsipləri və istehsal prosesləri ilə yaxından tanış olmaq imkanı yaradılıb.

“İşgüzar həftə” çərçivəsində könüllülərin millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilə onlayn görüşü olub. “Könüllülük vətənpərvərlik məktəbi, uğurlu karyera və inkişafın başlanğıcıdır” mövzusunda keçirilən görüşdə öz təcrübə və tövsiyələrini gənclərlə bölüşən millət vəkili, onları maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, ölkə üzrə şəbəkələşmiş 1000-dən çox RİİB könüllüsü ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş müraciətlərinə baxılması, müxtəlif sahələrdə layihə və sosial aksiyaların reallaşdırılmasında İctimai Birliyin fəaliyyətinə yaxından dəstək verir.



FOTO