RİİB könüllüləri üçün "İlk tibbi yardım" təlimi keçirilib
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) növbəti “Könüllülük” proqramının “Sosial məsuliyyət həftəsi” çərçivəsində könüllülərə müxtəlif mövzularda təlimlər, seminar və görüşlər təşkil edilir.
Azərbaycan Qızıl Aypara
Cəmiyyəti (AzQAC) tərəfindən həyata keçirilən onlayn təlim "İlk tibbi yardım"
mövzusunu əhatə edib. Təlimdə paytaxt və regionlardan, ümumilikdə 200-ə yaxın
RİİB könüllüsünə ilk tibbi yardımın əsasları, qəzalar zamanı nə etməli, qanaxmaların
qarşısının alınması üçün ilkin müdaxilə və digər mövzularla bağlı nəzəri və təcrübi
biliklər verilib.
Təlimin yekunu olaraq
martın 31-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclis
deputatı Novruz Aslanovlə bir qrup RİİB könüllüsünün görüşü keçirilib.
Qeyd edək ki, təlimə qoşulan bütün könüllülərə AzQAC tərəfindən sertifikat təqdim olunub.