RİİB könüllüləri qələbə münasibətilə Ali Baş Komandan və Birinci vitse-prezidentə təşəkkür etdi
Ermənistanın cəbhə xəttində Azərbaycana qarşı təxribatlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-dən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşməndən azad olunub.
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB)
könüllüləri Azərbaycan xalqına böyük qələbə sevincini bəxş etdiklərinə görə
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya və şanlı Azərbaycan ordusuna təşəkkür edib.
Gənclər çıxışlarında güclü Azərbaycan naminə
həmişə Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın
arxasında olduqlarını, onların rəhbərliyi altında xalqımızın bundan sonra da
böyük qələbələr qazanacağına əminliyini ifadə ediblər.
Qeyd edək ki, RİİB könüllüləri Vətən müharibəsinin ilk günlərində dünya könüllülərini Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamağa və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırmış, eləcə də ön cəbhədə vuruşan zabit və əsgərlərimizə dəstək olmaq, təxliyə olunaraq müvəqqəti sığınacaqlarda məskunlaşmış soydaşlarımızın ehtiyaclarını ödəmək və digər istiqamətlərdə verilən tapşırıqları yerinə yetirib.