150 +994505000150

RİİB-in könüllüləri avtomobil yürüşü iştirakçılarının qarşılanmasında iştirak ediblər

5 may 2018
Paylaş
RİİB-in könüllüləri avtomobil yürüşü iştirakçılarının qarşılanmasında iştirak ediblər

Mayın 5-də Hindistan hökumətinin dəstəyi ilə “Kalinqa” Avtomobil İdman Klubu tərəfindən təşkil olunmuş “Hindistan-Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə avtomobil yürüşü”nün iştirakçıları İran-Azərbaycan sərhədini keçərək Lənkəran şəhərinə gəliblər.

Mayın 5-də Hindistan hökumətinin dəstəyi ilə “Kalinqa” Avtomobil İdman Klubu tərəfindən təşkil olunmuş “Hindistan-Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə avtomobil yürüşü”nün iştirakçıları İran-Azərbaycan sərhədini keçərək Lənkəran şəhərinə gəliblər. Lənkəran şəhərindəki Dövlət Bayrağı Meydanında keçirilən qarşılanma mərasimində Azərbaycan Avtomobil Federasiyasının nümayəndələri ilə yanaşı RİİB könüllüləri də yaxından iştrak ediblər.  Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana da iştirak etdiyi mərasimə RİİB-in Lənkəran regionu üzrə 60-dan çox könüllüsü qatılıb.

 “Kalinqa” Avtomobil İdman Klubunun təmsilçiləri Lənkərandan Bakıya yola salınıblar.  

Qeyd edək ki, dostluq avtoyürüşü aprelin 28-də start götürüb və dörd ölkəni – Hindistan, İran, Azərbaycan və Rusiyanı əhatə edib. 

 

FOTO