150 +994505000150

RİİB-in könüllüləri “Gəncə Marafonu - 2017”də iştirak ediblər

17 sentyabr 2017
Paylaş
RİİB-in könüllüləri “Gəncə Marafonu - 2017”də iştirak ediblər

Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində “Gəncə marafonu- 2017” keçirilib.

Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində “Gəncə marafonu- 2017” keçirilib. Marafonda 11.000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayrı-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. RİİB marafonda 300-dən çox könüllüsünün iştirakını təşkil edib.  

Eyni zamanda bölgədə keçirilən ilk marafonun vəsaitlərini RİİB qarşıladığından könüllülər, fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etməyiblər.

Marafonda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrin vətəndaşları da yarışıb.

İştirakçılar “Zəfər Tağı”ndan Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti ilə hərəkət edərək Heydər Əliyev park kompleksinə qədər məsafəni qət ediblər. Marafonun uzunluğu ümumilikdə 17 kilometr olub.

Finişə çatmış marafonçular arasında RİİB könüllüləri də olub. RİİB-in Aran regionundan olan könüllüsü, 23 yaşlı Həcər Quliyeva finişə çatmış qadınlar arasında məsafəni 8-ci, Şəki-Zaqatala regionundan olan könüllüsü, 23 yaşlı Səttar Seyidxanov isə kişilər arasında 14-cü yerdə qət edib.

 

FOTO