RİİB könüllüləri Lerik rayonunda ağacəkmə aksiuyasında iştirak ediblər
25 oktyabr 2024
Paylaş

Lerik rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərinin qatıldığı aksiyada 500-dən çox çinar ağacı əkilib.
Monidigah kəndindəki ağacəkmə aksiyası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə olub.